Deputat Elnarə Akimova: -“Biz xalq üçün daha nə etməliyik?”

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova sossial şəbəkələrdən birində belə bir yazı paylaşıb. Həmin yazını Sizə təqdim edirik:

-“Sosial şəbəkələrdə ağzı iylənənlər durub Milli Məclisin deputatlarına dil uzadır, bizə ləkə yaxmağa çalışır. Biz xalq üçün daha nə etməliyik?

Ölkəmizin inkişafı naminə Prezident Administrasiyasından gələn bütün göstərişləri tələb olunduğu formada təsdiqləyir, bizə tapşırılan bütün işləri ən yüksək səviyyədə yerinə yetiririk. İnanın, elə günlər olur ki, evə getməyə belə vaxtımız olmur. Milli Məclisin kabinetlərində bir-birimizə sarılıb yatırıq. Məni bu vəzifəyə təyin edəndə təsəvvür etməzdim ki, bu qədər çətin olacaq. Biz bu qədər işin qarşısında maaşımızdan şikayət etmədiyimiz halda, necə olur ki, sosial şəbəkələrdə bəzi ağzı iylənənlər maaş artımı üçün az qala üsyan edir?

Dünyanın heç bir yerində bizim ölkədə olduğu qədər iş yeri açılmayıb. Səhiyyəmiz və təhsilimiz pulsuz şəkildə vətəndaşlarımızın xidmətinə verilib. Bunun qarşılığında bizə təşəkkür etmək əvəzinə, bizə söyüş söyürlər. Nankor olmaq yaxşı şey deyil.

Deputat Elnarə Akimova”

Maraqlı və izahlı paylaşımdır. Etirazı olan varmı?

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights