ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin inzibati binasında deputat Azər Allahverənov vətəndaş qəbulu keçirib.
Görüş zamanı vətəndaşlar əsasən işsizlik probleminin aradan qaldırılması, yaşayış şəraitinin yaxşılaşdırılması və bu sahələrdə mövcud çətinliklərin həlli ilə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Həmçinin vətəndaşlar sosial təşəbbüslərin institusional qaydada həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Deputat Azər Allahverənov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, məsələlərin mahiyyəti ilə tanış olaraq bildirib ki, bu istiqamətdə dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. O, qeyd edib ki, qaldırılan məsələlər aidiyyəti dövlət qurumları ilə müzakirə ediləcək və problemlərin həllinə dəstək məqsədilə müvafiq addımlar atılacaq.
İlahə BAYINDIR