Demokratların yaratdığı BLM üsyanından dərs çıxarıb

ABŞ-ın paytaxtı heç bir ştata daxil olmayan Kolumbiya federal dairəsinə aiddir. Şəhərin öz meri var. Kolumbiya FD sakinləri, ənənəvi olaraq, demokratlar partiyasına üstünlük verirlər, mer də həmin partiyadandır.

Demokratların üstün olduğu bütün ştatlardakı kimi Kolumbiya FD-də də qeyri-leqal miqrantlar çoxluq təşkil edir, evsizlər, narkomanlar küçələrdə boş-boşuna gəzir, kriminogen vəziyyət ağırdır. Avqustun əvvəlində Tramp bunları əsas gətirərək, FD-də 11 avqustdan 25 sentyabradək fövqəladə vəziyyət elan etdi.

Fərmana görə Vaşinqtonda asayişin təmin edilməsi üçün şəhərə əlavə 800 əsgər göndərildi, FTB-nin yüzlərlə agenti cəlb olundu. Eyni zamanda merin tabeliyində olan bütün güc strukturları ali baş komandan Trampın sərəncamına keçirildi.

Məncə, bu tədbirin əsas məqsədi kriminalla mübarizə deyil. Yəqin ki, Tramp Putinlə razılaşmanın liberalların qəzəbinə səbəb olacağını və onların paytaxtda ixtişaşlar yarada biləcəyini nəzərə alaraq, qabaqlayıcı tədbirlər görüb. Keçən prezidentliyi dövründə demokratların yaratdığı BLM üsyanından dərs çıxarıb.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights