Demet Özdemir:”Gözəl bir axşam keçirdik”

ELAZ.İNFO xəbər verir ki, ötən mövsüm “Eşref Rüya” serialı ilə böyük ekranlara qayıdan Demet Özdemir yay tətilində dincəlir.

Zövqlü anlarını sosial şəbəkədə paylaşan məşhur aktrisa bu dəfə maqazin xəbərlərinə çıxıb.

Axşamdan fotoları paylaşan məşhur yaxın rəfiqəsi, aktyor yoldaşı Birand Tuncanı da çəkib.

Demet Özdemir paylaşımına “Gözəl bir axşam keçirdik. Çox şadıq” şərhini yazıb.
Özdəmirin qara və qəhvəyi tonlarda tikilən və ağac qabığını xatırladan libası sosial mediada trend mövzusuna çevrilib.

Onun izləyicilərindən bəziləri “Geyimində olan hər şeydə əla görünür”, “O, həmişə belə gözəldir”, bəziləri isə “Bu dəfə heç bir şey alınmadı”, “O, ağaca oxşayır” şərhlərini yazıb.
Tədbirə də qatılan Bora Cengiz illər əvvəl “Sana bir Sır Verəcəm” serialındakı rol yoldaşı Demet Özdemirlə çəkdirdiyi fotosunu “Uzun müddətdir birlikdə oynamırıq” dedik” şərhi ilə paylaşıb.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights