Dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.

ELAZ.İNFO “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən verilən birgə məlumatda bildirilib

Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 uşağın (oğlan) müalicəsi davam etdirilir:

“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qız) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir”. 

Qeyd edək ki, aprelin 1-də Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənib.

 Məlumat üçün bildirim ki, aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi – 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. 

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights