Dekarıbın 28 dən İranda baş verən hadisələr fonunda yaranan suallar

ELAZ.İNFO

İranda bu hadisələr nəyə görə baş verir? Nəyə görə Azərbyacan Türklərinin qürduğu Qacarar dövləti farslaşdırıldı? Nəyə görə böyük Avropa dövlətləri son 100 ildə farslara, Ermənilərə, kürdlərə hər çür yardımlar edirlər? Axı nəyə görə heç bir günahı olmadan Türklərə qarşı haqsızlıqlar, təzyiqlər, ögey münasibət göstərilib? Nəyə görə bu münasibət bu gün də davam edir?
Məlumdur ki, dünyada baş verən hadisələr heç vaxt səbəbsiz yaranmır? Demək hər bir hadisənin əvvəlcə bir plan çəkəni olur. İranda və ümumiyyətlə dünyada türklərə qarşı olan bütün hadisələrin səbəbini bilmək üçün beş yüz il əvvələ qayıdıb dünyanın siyasi xəritəsinə nəzər salsaq Türk xalqlarının necə böyük aparıcı gücə malik olduğunu görürük. Həmin aparıcı mövqe təxminən 150 il əvvələ qədər mövcud olub. Asiyada 500 il öncə Hindistan yarımadası daxil olmaqla Babur Türk İmperatorluğu (1526-1858) hakim olub. Həmən İmperatorluğun şimalında Doğu Türküstan Kaşğar (Uyğur) xanlığı (1400-1877) mövcud olub. Bunlardan şərqdə isə Sibir və orta Asiyanın Türk dövlətləri və Səfəvi dövləti 1501-1732) hökmranlıq etmişdir. Bundan da qərbdə isə Afrika, Avropa və Asiyanın böyük hissəsini əhatə edən Osmanlı İmperatorluğu (1299-1922). Qara dənizin şimalında isə Krım xanlığı (1441-1783), ondan şimalda Həştərxan xanlığı (1466-1783), Qasım xanıəğı (1445-1552)Qazan xanlığı (1437-1552) və s. türk dövlətləri hökmranlıq edirdi. Belə böyük potensiala, böyük gücə malik olan Türk ulusu hələ Atilla Hun İmperatorluğu dövründə (374-469) Bizans, Roma və Almanlarda daxil olmaqla avropalıları dizə çökdürmüşdür. Bu gün Rusiya Federasiyasının ərazisinin böyük hissəsi tarixi Türk torpaqlarıdır. 17 ci əsrə qədər Rus knyazları öz hakimiyyətlərini təsdiqlətmək üçün, Qızıl Orda xanlarından yarlıq alırdılar. Bu gün də Rusiyanın qərəzsiz ziyalıları etiraf edir ki, müasir Rusiya Federasiyası Bizans xristianlığı ilə Türk-Turan dövlətciliyinin sintezindən yaranıb. Tarixdə Türklərin uzun illər aparıcı gücə malik olması, görünür ki, avropalıların düşüncəsində bir Türk xofu yaradıb. Düşünürük ki, elə həmin illərdən avropalı üçün Türk amili bir nömrəli təhlükə kimi Avropa dövlətlərinin siyasətinə daxil olub. Avropa dövlətlərinin siyasi düçüncəsində bir Türk xofu olmaqla yanaşı, bu dövlətlər 17 ci əsrin sonuna qədər bir-birləri ilə müharibə ediblər. 1667 ci ildə üç illik danışıqlardan sonra Androsovda Avropa dövlətləri arasında barışıq imzalandı. 1680 ci ildə Moskvanın inadlı çalışması nəticəsində Avropa dövlətləri Osmanlıya qarşı müharibə aparmaq üçün birləşdi. İngiltərə isə Türk dövlətlərinə qarşı mübarizəsini tamam başqa bir formada aparmağa başladı. 1694 cü ildə Londonda olan 4 mason lojası birləşdi və İngiltərə dövləti ilə danışıqlar apardı. Bu danışıqların nəticəsi olaraq İngiltərənin ilk dövlət bankı açıldı. Bu hadisədən sonra İngiltərə mason maliyyəsi və ideya dəstəyi ilə bütün istiqamətlərdə Avropada rəqiblərinə qalib gəldi. Bundan sonra İngiltərə Türk dövlətlərinə qarşı qısa və uzun müddətli strateji plan hazırladı. Qısa strateji plan ondan ibarətdir ki, bölgədə iki qüdrətli Türk dövləti olan Osmanlı və Səfəvi imperiyalarını bir-birinə qarşı müharibəyə təhrik etməkdir. Qısa strateji planda məqsəd həm Avropanı Osmanlı hücumundan qorumaq, həm də iki qüdrətli Türk dövlətini zəiflətməkdir. Bunun üçün xüsusi hazırlanmış cəsuslar elçi adı ilə həm Osmanlı həm də, Səfəvi sarayına xüsusi hədiyyələrlə gəlirdilər. Bütün bu davam edən məkirli səfərlər təhrik edici yumşaq hibrit siyasəti nəticəsində Osmanlı ilə Səfəvi dövləti arasında qısa fasilələrlə 200 ildən şox müharibə aparılıb. Hər dəfə iki qardaş Türk dövləti xain təhriklərlə müharibəyə başlayanda bütün Avropa 40 gün bayram edirdi. Təəssüf ki, İngiltərənin qısa strateji planı baş tutdu və buna görə Rusiyanın digər Türk dövlətlərini işğalı üçün şərait yarandı. Qara dənizin şimalından (Dəşti Qıpcaqdan) Sibir və uzaq şərqdə qədər uzanan böyük Türk ərazilərini; 1561-ci ildə Qasım xanlığını, 1556-cı ildə Qazan xanlığını, 1557-ci ildə Noqay Ordası, 1557-ci ildə Həştərxan xanlığı, 1600-cü ildə Sibir xanlığı və daha sonra 1783-cü ildə Krım xanlığı, 19-cu əsrdə Qazax xanlığı ruslar tərəfindən işğal olundu. Bu prosesin davamı olaraq sonrakı yüzilliklərdə isə Türküstanın başqa Türk dövlətləri, 1868 ci ildə Buxara xanlığı,1873 cü ildə Xivə xanlığı,1876-cı ildə Kokand xanlığı və 1885-ci ildə Türkmənistan xanlığı, Şimali Qafqaz Türk dövlətləri, Azərbaycan Qacar dövlətinin şimalı və koməksiz qalan Şərqi Türküstan (Kaşğar-Turfan) xanlığı, 1877-ci ildə Çin tərəfindən işğal edildi. Beləliklə qısa strateji plana əsasən iki qüdrətli Türk dövlti zəiflədi və kənar Türk dövlətlərinə nəzarəti itirdi və buna görə də böyük Rusiyanın yaradılmasına şərait yaradıldı. Əslində Ruslar Skandinav xalqı olub kiçik ərazilərə malik olub. Rusiya öz ərazilərindən qat-qat böyük Türk torpaqlarına sahib olandan sonra türklərə qarşı represiyalarla yanaşı, həm də bu çoğrafiyada Türklərin tarixi saxtalaşdırıldı. 1944 cü ildə Kom. Partiyasının MK-nin qərarı ilə tarix kitablar yenidən yazıldı. Göstəriş verilmişdir ki, bu kitablarda Türk sözləri Monqol sözü ilə dəyişdirilsin. Zəifləmiş, köməksiz qalan Türk dövlətlərində Rusiya Türk dövlətlərini işğal etdiyi kimi, İngilislər də Qacarlar və Osmanlı dövlətində Türklərin tarixini saxtalaşdırırdı. Osmanlı dövlətində vahabiliyi dəstələməklə və digər yumşaq hibrit hücumlarla Osmanlı daxilən süstləşmişdir. Məkirli yumşaq hibrit hücumları ilə Qüdrətli Səfəvilər hömkmdarları elə vəziyyətə düşmüşdür ki, orduya rəhbərlik edən Nadir şah, ölkənin qüdrətini bərpa etmək üçün özü Atabəylik etdi və sonra da yeni daha qüdrətli Afşarlar dövlətdi qurdu. Geostrateji düşüncəyə sahib olan, informasiya toruna düşməyən hökmdarlarımız daxili xəyanətlrdən və ailə-məişət problemlərindən məharətlə istifadə edən məkirli güclər hər iki hökmdara sui-qəst təşkil etdilər. Türk dövlətlərinin zəifliyindən istifadə edən İngiltərə isə 1800-cü ildə Hindistan Babur Türk dövlətini işğal etdi. İngiltərə Hindistanda işğalını əbədiləşdirmək üçün uydurmalara əl atdı və İngilis cəsusu Vilyam Con Sankrit dili ilə Avropanın bir sıra dilləri arasında oxşarlıq hiss etdi. O bu dili absurd olan Hind-Avropa dili adlandırdı. Beləliklə Avropalılar öz işğalını əsaslandırmaq üçün vasitə tapdılar. İngiltərə Hindistanı işğal etdikdən sonra artıq sonuncu Türk dövlətləri olan Osmanlı və Qacarlar dövləti üçün yazdığı uzun müddətli strateji planı gerçəkləşdirmək üçün real şərait yaranmışdır. Uzun müddətli strateji planda məqsəd, Osmanlı dövlətini özlərindən asılı olan kişik dövlətlərə bölmək, (buna qismən nail oldular. Atatürkün böyüklüyünə görə müasir Türkiyə ərazisi qorundu.) Qacarlar dövlətini isə özləri üçün oyuncaq fars millətci rejimi çevirmək məqsəd idi. Qacarlar dövlətinin şimalını Rusiya işğal etdiyi üçün, burada tarixi proseslər fərqli oldu. Qacarlar dövlətinin cənubunda isə İngiltərə uzun müddətli planını, 1800-cü ildən başladı və 1925 ci ildə Ölkədə məxməri inqilab edib mehtər işləmiş mehtər oğlu Rzanı “şah” təyin etməklə başa catdırdı. İngiltərə Qacarlar dövlətində farslaşma siyasətini uğurla aparması üçün, Kembric, Oksford universitetlərində və Hindistanın Şərqi Hind kompaniyasında Helliburi adlı mərkəzdə Şərqşünaslıq fakültələri açılmışdı. Bu fakültələrdə şərqdə işğalçılıq siyasətini uğurla genişləndirmək üçün şərq xalqlarını öyrənən məmurlar hazırlanırdı. Yəni xüsusi cəsuslar hazırlanırdı. Bu məmurlar vasitəsi ilə İngiltərə Qacarlar dövlətində fars amilini qabardaraq, Türklərin birliyini pozmaq siyasəti aparırdılar. İngilis məmuru Ankettil, Dipperon, Viliam Cons və Herder hər biri ayrılıqda farsları Hind-Avropalıların vətəni olduğunu təklif ertdilər. İngilis məmurları öz labaratoriyasında uydurduqları “ari” irqini “kəşf” etdilər. Bu sözün avropa dillərində və fars dilində heç bir mənası yoxdur. Bu söz Türk sözü olub “arınmaq”, “pak”, “təmiz” olmaq mənasını verir. İngiltərə öz məmurları vasitəsi ilə fars etnosu əsasında bu məkana tarix uydurmağa başladılar. İngilis məmuru Con Melkom “İran Tarixi” kitabını yazmaqla iranşunaslığın əsasını qoydu. (Baxmayaraq ki, ölkənin adı 1936 cı ilə qədər rəsmi olaraq Qacarlar olsa da, artıq cəsus məmurlar “İran” sözünü ideoloji təsir məqsədi ilə işlədirdilər.) Con Melkom və başqa bütün iranşunasların hamısı İngilis dövlətinin rəsmi məmurları idi. 1833 cü ildə Qacarlar ölkəsinə gələn məmur İngilis zabiti Rolinson (Henriy Greswicke Ravlinson) Bisitun kitabının oxunuşunu “kəşf” etdi. O Bisitun kitabının tam tərcüməsini London Krallığının Asiya cəmiyyətinə təqdim etdi. Beləliklə İngiltərə cəsusları vasitəsi ilə Qacarlar dövlətində ideoloji-informasiya işini elə məharətlə, ardıcıl və elə planlı şəkildə aparırdılar ki, hətta Azərbaycan ziyalıları da bu zərərli informasiya toruna düşüb, cəsusların apardığı siyasətə xidmət edirdilər. M.F. Axundov, Mirzə Yusif xan və Zeynalabdin Marağayi ölkə içində İngiltərənin siyasətinə xidmət edirdilər. Bu ziyalılar Fars millətciliyinin yaradılması siyasətinə xidmət edirdilər. Cəsuslar İnformasiya İşini elə güclü aparırdılar ki, Türk ziyalıları milli köklərdən uzaqlaşıb “yenilik” axtaışı düşüncəsilə məkirıi siyasətə xidmət edirdilər. 1911 ci ildən Rusiyanın və birbaşa Rus kazaqlarının təsiri daha çox artdığından, Təbrizin Qacar sarayı ilə əlaqəsi kəsildi. Etniq köklərdən uzaq salınmış Qacar sarayını müdafiə edəcək real milli güc yox idi. Sonuncu Qacar şahlarını cəsus məmurları və onların təsiri altında olan adamlar əhatə etmişdir. Ölkə daxilində və xaricdə olan müxalifət qüvvələri ilk dəfə olaraq hakim Qacarlar monarxiyasından ayrı “İran dövləti” söz birləşməsini işlətdi və hətta bunları bir-birinə qarşı qoydu. Onlar Qacarları “millətə yad”, xarici qüvvələrin agenti kimi təqdim etməyə başladılar. Dəhşətdir! Öklədə xain cəsus şəbəkəsi o qədər inkişaf etmişdilər ki, əsas Qacarlar dövlətinə şər atıb, öz adlarını Qacarlara qoyurdular. Bu da tarixdə unikal hadisədir. Qacar şahını əhatə edən xüsusi hazırlanmış bir ovuc cəsus məmurlardan fərqli, Azərbaycan xalqı hər zaman öz milli dövltini qurmaq əzmində olub. 1905-ci ildən Tehranda başlayan Məşrutə Hərəkatı, Müzəfərəddi şahın 5 avqusta “Məşrutə” fərmanı ilə başa çatdı. Bu fərmandan sonra Tehranda Azərbaycan Türkləri Milli Məclisini qurdu. Sonra şahın ətrafını bürümüş cəsus şəbəkəsi xalqın xeyrinə fərman verən Müzəfərəddin şahı çıxardıb, oğlu Məhəmmədəlini şah qoydular. Yeni “şah”ın “fərmanı” ilə 1908 ci il 23 iyunda Tehranda Azərbaycan Türklərinin 2 il işləyən Milli Məclisi bobardıman edildi. Cəsus məmurlar Qacar şah idarəçiliyini özlərində asılı vəziyyətə salmışdılar. Şahı əhatə edən bu cəsus məmurlarını bütün böyük dövlətlər Rusiya, Fransa, İngiltərə öz geosiyasi maraqları üçün bütün istiqamətlərdə müdafiə edirdilər. Bu dövlətlər ölkədə farslara dəstək olmaqla bərabər, həm də dağınıq yaşayan və heç vaxt, hətta gələcəkdə də dövlət qurmaq kimi fikirləri olmayan erməniləri və kürtləri türklər yaşayan ərazilərə yerləşdirirdilər və maliyyə və silah yardımı edirdilər ki, onlarda türk xalqına təzyiqlər etsinlər. Yəni həm “Şah” sarayı səviyyəsində, həm də xalq arasında Türklərə təzyiqlər olurdu. Hadisələr o dərəcəyə çatmışdır ki, hətta Türklərin milli varlığını danmağa başlamışlar! Türkəri ya gəlmə, ya da farsdan dönmə bir xalq kimi təbliğ edirdilər.
Dünyanın böyük dövlətləri planlı surətdə Qacarlar Türk dövlətində xalqımıza qarşı təzyiqlərinə baxmayaraq, xalqımız yox olmadı əksinə daha da mətinləşdi. Bu illər ərzində Azərbaycan xalqı özündə azadlıq mübarizəsinin ənənəsini yaratdı! 1908-1912-ci illərdə Məşrutə hərəkatı, 1918-1920-ci illərdə Azadstan hərəkatı, 1941-1946-cı illərdə 21 Azər hərəkatı, 1957-1968-ci illərdə Fədai hərəkatı, 1977-1981-ci illər davam edən inqilabi hərəkatlar. Bunlardan başqa Qacarlar dövlətində minlərlə əsl din xadimlərindən biri Höccətil İslam Əbdüləziz Qədimi kimi din xadimləri və Məhəmməd Tağı Xan Soltanzadə kimi minlərlə ziyaslıların, zabitlərin, milyonlarla vətənpərvərlərin adlarını təəssüf ki, çəkmək olmur. Bu vətənpərvərlər ordusu ilə xalqımız dünya güclərinin İran çoğrafiyasında Türkləri yox etmək üçün 200 illik təzyiqləri içində azadlıq mübarizəsinin ənənəsini bu gün də yaşadır.
1933 çü ildə Almaniyada Nasist Sosialist partiyası qalib gələndən sonra İran fars millətçiləri ilə sıx münasibətdə olublar. Almaniyada nəşr olunan “İrane-bastan” adlı jurnalına, Almaniya Xüsusi xidmət orqanı NADFA departamentinin mayoru Fon Fiban jurnalın redaksiyasına rəhbərlik edib. Bu jurnal İranda “ali irqi” “ari”yaçılıq konsepsiyasını iranda yayırdı. Bu jurnaldan sonra İranda millətçiliyi aktiv yayan “Mehri İran”, “Təxri Cəmşidi” və s. çoxlu jurnal və qəzetlər ölkədə qatı millətçiliyi yayırdılar. Düşünürük ki, 1918 çi ildə 1çi dünya müharibəsində uduzan, İqtisadiyyatı dağılan, ordu saxlamaq hüququndan məhrum olan və infilyasiya 1000% həddində olan bir ölkəni, boşboğaz Hitler 6 ildə neçə sürətlə inkişaf etdirdi? Avropanın digər ölkələrinə və SSRİ yə hücum etməq cəsarətini və maliyyəni hardan alırdı?
Dəmir məntiqə əsaslanıb deyə bilərik ki, 1694-cü ildə dünyada Türk dövlətlərini yox etmək üçün qısa və uzun müddətli planı da, bu prosesə nəzarət və rəhbərlik edən də, dağılmış Almaniyanı 6 ildə inkişaf etdirən də, uydurulmuş “ari” irqini Hindistanda, Qacarlar dövlətində və Almaniyada bir təsir “aləti” kimi yaradan da, Hitler Almaniyası ilə İran millətçi rejimi “dost” edən də bir gizlin zəka mərkəzidir. Bu zəka mərkəzi bu gün ABŞ, İngiltərə, qərb güc mərkəzinin də strateji siyasətini müəyyən edir.
Bu gün İranda baş verən hadisələr, mahiyyətcə onu yaradan güclər tərəfindən cəzalandırılmasıdır. Öz geosiyasi maraqları üçün Qacarlar ölkəsində yaradılan İran fars millətçi rejim, onu yaradan güclər tərəfindən yarandığı 1925 çi ildə bu günə qədər dəfələrlə cəzalandırılıb. İngiltərə (Bu gün ABŞ, İngiltərə, qərb güc mərkəzi) bu İran millətçi geosiyasi “aləti” öz maraqları üçün yaradıblar. Əgər bu alət əlindən çıxıb rəqibin təsiri altına düşürsə sözsüz ki, buna İngiltərə, ABŞ razı olmaz. Rza “şah” 16 il bu rejimi yaradan güc mərkəzinə xidmətdən sonra Rusiya təsir zonasına keçmək istədikdə onu qovdular, oğlu Məhəmmədi şah təyin etdilər. Bu “şah” da Rusiyanın təsirləri altına düşmək istədikdə, onu da cəzalandırıb ölkədən qovdular. Uzun müddət xaricdə saxladıqları İngilis casusu olan Xomeynini 1979-cu ildə hakimiyyətə gətirdilər. Fars millətçi rejimi “İslam” dövləti qiyafəsində saldılar.
Bu gün İranda baş verən hadisələr, İran fars rejimini yaradan güclərin ona növbəti cəza tədbirləridir. Cəzanı ona görə verirlər ki, molla şəklinə saldıqları fars millətci rejim yenə də onun təsirindən çıxıb, rəqibi Rusiyanın və Çinin təsir zonasına düşür. ABŞ, İngiltərə başa düşür ki, ənənəvi rəqibi olan Rusiya öz mövqeyini gücləndirmək üçün Çini də İrana yardım etmək üçün siyasət aparır. ABŞ bilir ki, Çin də, Rusiya da İrana uranı zənginləşməsinə kömək edir ki, İran nüvə silahına malik olsun. Bu Rusiyanın olduqca təhlükəli oyunudur. O İran rejimini hər vasitə ilə müdafiə edir ki, Nüvə müharibəsi qaçılmaz olsa bu yaxın şərqdə olsun. Bu gün İranda vəziyyət bu qədər dəhşətlidir! Geosiyasi təfəkkürü, savadı olmayan Ə. Xomeynini Rusiya və Çin beynəlxalq qanunlar adı altında “müdafiə edərək əslində özlərini müdaviə edirlər. Onlar ABŞ, İngiltərə ilə müharibədə İranı önə atmağa çalışırlar. Mahiyyətcə Ukraynada da, İranda da müharibəni ABŞ, İngiltərə və Rusiya və Çin aparır. Hətta bu gün də güclər ola biləcək danşıqları Türkiyədə olmasını istəmirlər. Onlar bu gün də Türk dövlətinin beynəlxalq oyuncu olmasını istmirlər. Türk xofu hələ düşüncələrdə qalır.
Bütün bu hadisələr bir daha onu göstərir ki, Türk Dövlətləri Təşkilatı ən qüdrətli güc mərkəzi səviyyəsində yüksəməsi zamanın tələbidiir!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights