ELAZ.İNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Həştərxan vilayətində baş verən faciəvi yanğın üç nəfərin həyatına son qoyub. Hadisə Silitrennoye kəndində, Kolxoznaya küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsindən verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinə çatdıqda 90 kvadratmetrlik sahəsi olan ev artıq tamamilə alovlara bürünmüşdü. Yanğının söndürülməsi zamanı evdə üç nəfərin cəsədi aşkar edilib: 42 yaşlı qadın; 2013 və 2018-ci il təvəllüdlü iki oğlan uşağı.
Yanğın yerli vaxtla saat 02:28-də tamamilə söndürülüb. Hazırda mütəxəssislər hadisənin baş vermə səbəblərini araşdırırlar. İlkin ehti
Ruslan MƏMMƏDOV