Dəhşətli partlayış: Bölgədə fövqəladə vəziyyət rejimi elan edildi

ELAZ.İNFO xəbər verir ki, Sevastopol şəhərində çox mərtəbəli yaşayış binasında baş vermiş partlayışdan sonra şəhər rəhbərliyi regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edib. Şəhərin qubernatoru Mixail Razvojayev bununla bağlı müvafiq fərman imzalayıb.

Partlayış nəticəsində P. Korçagin küçəsində yerləşən üç yaşayış binası ciddi zərər görüb. İlkin məlumatlara görə, partlayış nəticəsində 2 nəfər həlak olub. Hadisə zamanı 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Xilasedicilər ərazidə işləyir, zərərçəkmiş sakinlərin təxliyyəsi və əmlakın təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər görülür.

Mixail Razvojayevin imzaladığı sənədə əsasən, hadisənin nəticələrinin aradan qaldırılması üçün şəhərin fövqəladə hallar xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Partlayışın dəqiq səbəbləri — bunun qaz sızması, yoxsa başqa bir texniki nasazlıq olması ilə bağlı istintaq qrupu araşdırmalara başlayıb.

Hadisə yerindəki tikililərin konstruktiv vəziyyəti mütəxəssislər tərəfindən qiymətləndirilir ki, sakinlərin evlərinə qayıtmasının təhlükəsiz olub-olmadığı müəyyən edilsin.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights