ELAZ.İNFO xəbər verir ki, Dağıstanın Dərbənd rayonundakı Gecux su anbarının bəndinin yarılması və nəticədə yaşayış məntəqələrinin su altında qalması ilə bağlı şok faktlar üzə çıxıb.
İlkin araşdırmalar göstərir ki, “Rostexnadzor” daha əvvəl həmin su qurğusunda ciddi qayda pozuntuları aşkarlayıb və onların aradan qaldırılması üçün tapşırıqlar verib. Lakin bənd sahibi bu nöqsanları vaxtında aradan qaldırmayaraq, faktiki olaraq fəlakətə zəmin hazırlayıb.
Xatırladaq ki, martın sonu və aprelin əvvəlində bölgəyə düşən güclü yağışlar və ardınca bəndin yarılması nəticəsində: 6 nəfər həyatını itirib; 4 100-dən çox insan məcburi köçkün düşərək təxliyə edilib; 6 400-dən çox ev su altında qalıb; Enerji obyektlərinə və yol infrastrukturuna ciddi ziyan dəyib.
Hazırda fəlakət bölgəsinə Rusiyanın bir çox subyektlərindən kömək göndərilir. Qonşu Kabarda-Balkar Respublikasının rəsmi qurumları, ictimaiyyət nümayəndələri və sakinləri tərəfindən toplanan humanitar yardımlar artıq Dağıstana çatdırılmaqdadır.
Ruslan MƏMMƏDOV