Daz kişilər daha çox infarkt  olur.

ELAZ.İNFO BAKI 15.05.2025

ELAZ.İNFO xəbər verir ki,həkimlər genetik olaraq infarkt və insulta meyilli kişilərin ümumi cəhətlərini açıqlayıblar.

Məşhur həkim Aleksandr Myasnikov daz və keçəlləşməyə meyilli kişilərin daha çox infarkt və insulta meyilli olduğunu bildirib,çünki tüklərin tökülməsi damarlarda aterosklerozun olmasını göstərir.

Eləcə də sutkanın müxtəlif vaxtlarında yuxuya gedən, gecə yuxusunu normal almayan, çox az yatan insanlarda da insult riski yüksəkdir. Bu adamların damarlarında 2 dəfə artıq xolesterin tıxacları yarana bilir.

Orqanizmi infarkt, insultla üz-üzə qoyan digər məqam qalxanvari vəzlə problemdir. Çünki hormonlar xolesterin sintezində rol oynayır. Əgər vəz zəif işləyirsə, orqanizm kompensasiya məqsədilə xolesterini aktiv şəkildə ehtiyata yığır.

Çox stress, iltihab da ateroskleroz əmələ gəlməsinə səbəb olur.

Adilə VƏLİYEVA PEDİATOR

Bizimlə oxuyun
Verified by MonsterInsights