Davos Forumu və Azərbaycanın rolu

İsveçrədə dünya iqtisadi və siyasi elitasının toplandığı ənənəvi Davos Forumu bu il beynəlxalq münasibətlər sistemindəki dərin böhran fonunda keçirilir. Forumda əsas diqqət güc mərkəzləri arasındakı rəqabətə və Azərbaycanın artan strateji əhəmiyyətinə yönəlib.

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə forumun gedişatını şərh edərək mühüm məqamlara toxunub. Ekspertin fikrincə, müasir qloballaşma artıq klassik əməkdaşlıqdan çox, güc balansı və rəqabət üzərində formalaşır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Davosda iştirakı Vaşinqtonun “şəriksiz liderlik” mesajını və beynəlxalq hüquqdan çox, ikitərəfli maraqlara söykənən yeni xarici siyasət xəttini nümayiş etdirir.

Şərhdə Azərbaycanın forumdakı mövqeyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Davosdakı çıxışı rəsmi Bakının Cənubi Qafqazda yeni nizamı diktə edən tərəf olduğunu və Asiya ilə Avropanı birləşdirən vazkeçilməz faktor olduğunu bir daha sübut etdi. Azərbaycanın təhlükəsizlik, enerji, nəqliyyat və sülh prinsiplərinə əsaslanan strategiyası həm ABŞ, həm də Avropa üçün ölkəmizi strateji tərəfdaş kimi daha cəlbedici edir.

Ruslan MƏMMƏDOV,

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights