Dastanlarımızda «ağzı dualı» deyilən və xalq arasında vergili adlanan mediumlar


İnsanlar hələ qədim çağlardan çevrəsində gördüyü varlığa maraq göstərmiş, yaşamına təsir edən olayların yaranma səbəbini dərk etməyə çalışıb, xeyir və ya ziyan verən olaylara təsiretmə yollarını aramışlar. Dünyanın hansı bölgəsində olursa olsun, onu və yanındakıları qoynunda barındıran Ana təbiətin müəyən qüvvə tərəfindən idarə olunduğunu dərk edən insan oğlu şüuraltı qorunma instinktilə firavan yaşama yardım edən və bəladan qurtara bilən tapınaqlar yaratmışlar. Biz həmin durumu doğru anlamaq üçün XX əsrin sonunda sınaqla sübut olunan elmi yozumların, özəlliklə, sinergetika ilə bağlı yeni elmi kəşflərin gerçəkləşməsini də gözləməliymişikartıq bəlli olur ki, ovqatımıza, sağlamlığımıza, bir sözlə, yaşamımıza təsir edən çevrəmizdəki cançız saydığımız şeylərin, daşında, divarın da, suyun da, ağacın da yaddaşı və özəl informasiyadalğaları varmış. Görünür, bu dalğalara qədim insanlar bizdən daha həssas olmuşlar. Qədim insanlar hər şeyin bir sahibi, idarə edəni, ruhu olmasına, bir sözlə, hər bir varlığın, hər bir olayın yiyəsi (iyəsi) olduğuna inanırdılar və çalışırdılar ki, qarınlarını doyuran, xəstəlikdən qoruyan iyələri incitməsinlər. Onlar meşənin, ildırımın,dağın, suyun, quşun, davarın və sairlərin iyəsi ilə «təmas qura bilən» kahinlərə, özəlliklə, dastanlarımızda «ağzı dualı» deyilən və xalq arasında vergili adlanan mediumlara da sayğı ilə yanaşırdılar. Qədim türklər belə adamları qutsal sayıb, onlara qam (kam) deyirdilər, bəzi hallarda bu soydan gələnləri, qamxan oğlu Bayındır xan kimi, elin (dövlətin) başçısı seçirdilər.Mada elində bu qamlar sonralar maq adlandı, dünyaya yayılan maqiya sözü də bundan yarandı. Qədim türklər iyələrin də bir yaradıcısı ola biləcəyi qənaətinə gəlmiş, bütün varlığı, onların iyələrini yaradanı TANRI adlandırmışlar.
Prototürk boylarının dilindəki teonimlər tarixi mənbələrdə, yer-yurd adında, dildəki derivatlarında və xalqın mifoloji yaddaşında qalmışdır. Örnəyin vaxtilə tengrı sözünün sumer dilinə keçən dinqir deyimini hələ də Qobustanda Cinqir-dağ, Cəbrayıl rayonu Şahvəlli kəndində və Zəncan bölgəsində Cingir-bulaq adları qədim Dinqir teonimini yaşadır. Əvvəllər müxtəlif türk xalqlarında ulusal-etnik törələri və dini mərasimləri qam, maq, bakşı və sair terminlərlə adlanan kahinlər icra edirdilər. Zaman ötdükcə belə kahinlər içindən çıxan bəzi nüfuzlu şəxslər siyasi-ictimai məsələləri də nəzarəti altına alaraq uruq,boy və budunun (xalqın) liderinə çevrilirdi. Artıq m.ö. I minilin başlarından yəhudilər belə liderləri nabilər kimi qəbul edir, onları Tanrının elçisi (peyğəmbər) sayırdılar. Bu dövrdə başlanan «peyğəmbərlik hərəkatı» xalq yaddaşında, epik və mifik hekayələrdə yaşayan keçmiş patriarxları (soyba-baları)da nabi dərəcəsinə yüksəldib qutsallaşdırırdılar. Milli ovqatı formalaşdıran, milli ruhu oyadan deyimlərlə xalqı birliyə çağıran dini-siyasi xadimləri Tanrı elçisi kimi tərifləyirdilər. Bəzən tarixi şəxsiyət olmayan mifik qəhrəmanlar da artıq yazıya alınmağa başlayan Bibliyada bu sıraya daxil edilirdi. Kahinlər ayrıayrı məbud bütlərinə səcdə edən müxtəlif yəhudi boylarını Tək Tanrı inançı ilə birləşdirmək üçün İbrahim və belə birliyi 40 illik bir əzabla gerçəkləşdirən Musa ilə bağlı olaylara böyük önəm verirdilər.
Ardı var…

Firudin Cəlilov

Bizimlə oxuyun
Verified by MonsterInsights