«Destandakı Köroğlunun evi budur» – deyirlər

15 APREL, ELAZ.İNO

XVI-XVII əsrlərdə Cəlali üsyanları ilə formalaşan Koroğlu dastanı adətən bu cür türlü yorumlarla verilir: -«Celali devrinin oluşturduğu ortamın arzularına uyğun kendine has bir kahramanlık ruhu Köroğlunun eserlerini asırlarca yaşatmış, hatta tarihî şahsiyeti zamanla unutularak tamamiyle destani bir nitelik kazanmıştır».

3. Başqa bir yorumda deyilir:

-«Köroğlu XVII yüzyılda Bolu havalisinde yaşamış, Bolu beyi tarafından babası gözlerine mil çəktirilərək cəzalandırıldığı üçün Körün oğlu (Ruşen), Köroğlu deyə tanınmışdır».

4.Goroğlu dastanında əsas süjetin Azərbaycanda yarandığını ehtimal edən tanınmış folklorşünas Xalıq Koroğlu dastanın Tiflisdə bulunan variantında olayların XI-XIII əsrlərdə Türkmənistandan Kiçik Asiyaya qədər oğuzların yaşadığı ərazilərdə baş verdiyini yazır.

5. Bu еpоsun zülmə qаrşı yönəldiyini vurğulayan Х.Sаmuеlyаn dastanın erməni (hаycа) vаriаntınа yаzdığı ön Sözdə dastanın öncə Azərərbaycan türkləri içində yаrаndığını yаzır.

6. Türкmən variandında Gоrоğlu «Mеniñ аslı кərim хəzirbеycаnlı» desə də, hаdisələr təкə-türкmən bоylаrının məsкənlərində cərəyаn еdir.

7. Burada uzаq səfərlər Isfаhаn, Gürcüstаn, Аnаdоlu bölgələrinə yönlənir, ancaq оlаylаrdа dаhа çох Аrаz çаyının sаğı-sоlu yеr аlır, Qаf (Qаfqаz) dаğı, Şirvаn, Хəzirbеycаn (Аzərbаycаn) аdlаrı hаllаnır.

8. Təkə-türkmən boyundan olan Goroğlunun vətəni istər Türkmən eli, istər Azərbaycan, istərsə də Anadolu olsun, fərqi yoxdur, dastanın ilkin motivlərindən çoxunu dəyişib, öz əlavələrilə yeni Koroğlu surəti yaradan söz-saz ustalarının çoxu onu öz yerlisi kimi vermiş, bu nədənlə müxtəlif bölgələrdə yüzlərlə Koroğlu qalası, Çənlibel yurdları ortaya çıxmışdır. Bu yöndə Koroğlu adlı gerçək tarixi şəxslərin, özəlliklə, orta çağlarda bu adla yaşamış aşıq və tanınmış kişilərin də rolu olmuşdur.

Sanki hər kəsin bir gerçək Koroğlusu vardır, hətta, belə Koroğlulardan bəzisinin «adresi» də bəllidir, belə ki, Boludakı kənd lərin birində turistlərə taxtadan ikimərtəbəli qədim evi göstərib,«destandakı Köroğlunun evi budur» – deyirlər. O evi mənə də göstəriblər.

Ardı var…


Firudin CƏLİLOV

Bizimlə oxuyun
Verified by MonsterInsights