Daşqın 110 Milyon İllik Ayaq İzlərini Açdı

Texasda keçən ay baş verən daşqınların vurduğu ziyanı təmizləmək üçün çalışan könüllülər əvvəllər torpaqla örtülmüş dinozavr ayaq izlərini aşkar ediblər. Mütəxəssislər izlərin 110-115 milyon il əvvələ aid olduğunu təxmin edirlər.

ELAZ.İNFO xəbər verir ki, Ostindəki Texas Universitetinin paleontoloqları deyirlər ki, bu izlərdən bəziləri əvvəllər müəyyən edilib, lakin digərləri ilk dəfə sel suları ilə üzə çıxıb.

“Washington Times” qəzetinin yazdığına görə, mütəxəssislər izlərin bəzilərinin Akrokantosaurusa bənzər ikiayaqlı ətyeyən dinozavrlara aid olduğunu düşünürlər.

Onlar həmçinin göstərirlər ki, bəzi izlər Texas simvolu olan Paluxysaurusa bənzər böyük ot yeyən dinozavrlara aid ola bilər.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights