Danışıqların ilk raundu gözlənilən razılaşmanı vermədi

ABŞ və İran arasında Pakistanın İslamabad şəhərində 11 ildən sonra ilk dəfə keçirilən və 40 günlük müharibəyə son qoymaq məqsədi daşıyan danışıqların ilk raundu gözlənilən razılaşmanı vermədi.

ELAZ.İNFO xəbər verir ki, İki nümayəndə heyəti arasında təxminən 21 saatlıq birbaşa danışıqların müsbət atmosferdə başladığı deyilsə də, üç əsas məsələdə maneələr aradan qaldırılmadı. ABŞ nümayəndə heyətinin rəhbəri JD Vance masada “çevik və xoş niyyətlə” oturduqlarını bildirsə də, İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Qalibaf ABŞ tərəfinin onların etimadını qazana bilmədiyini iddia etdi.

Digər tərəfdən, yeni danışıqlar raundu planlaşdırılmasa da, JD Vance-in İrana buraxdığı “son təklif sənədi” danışıqlar qapısının tamamilə bağlanmadığını göstərir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights