Damğalarımızın izi ilə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin baş mütəxəssisləri (Abidə mühafizəçiləri) ilə birlikdə Siyəzən rayonunda yerləşən tarixi abidəmiz Xəlil Türbəsinə baxış keçirdik.

Gilgilçay qəsəbəsində təpəlikdə yerləşən bu türbə XVII əsr Azərbaycan memarlığının maraqlı münunələrindəndir. Bu türbədə dənf edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat yoxdur.

Yalnız bəzi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVII əsrin məşhur sufi dərvişlərindən olub. Yerli camaat müxtəlif göz ağrıları səbəbindən bu pirin üstünə gəlir və bu pirin divarlarına əski parçaları bağlayıblar.

Ən maraqlı məqamlardan biri isə , Şamaxı və Qobustan rayonlarında yerləşən Türbələrin və Kərvansarayların divarlarında olduğu kimi, Xəlil Türbəsinin də divarları üzərində Türk Tayfa Damğalarının həkk olunmasıdır.

Bir neçə il bundan əvvəl mən Şamaxı rayonunun Kalaxana kəndində yerləşən Türbələrin üzərindəki Damğaları işıqlandıranda, hörmətli elm nümayəndələrimizdən bəziləri, Damğaların müasir zamanda hansısa “pantürkçü” fanat tərəfindən “cızıldığını” və heç bir elmi əhəmiyyəti olmadığını söyləmişdir, lakin 3 il müddətində aparılan axtarışlar zamanı çoxsaylı abidələrin müxtəlif bölgələrdə aşkar olunması onu sübut etdi ki, mövzunun ciddi elmi tədqiqatlara ehtiyyacı var, əks halda biz tariximizin böyük və əhəmiyyətli bir hissəsinin itirmiş olacayıq.

Mədəni İrsimizi Qoruyaq və Tanıdaq!

Sabit COCULU

Bizimlə oxuyun
Verified by MonsterInsights