“Dahilər” adlı konsert proqramı keçiriləcək

Bakı Musiqi Akademiyasının “Opera” studiyasında “Dahilər” adlı konsert proqramı keçiriləcək.

ELAZ.İNFO, BAKI, 19.05.2025.

ELAZ.İNFO xəbər verir ki, iyun ayının 21-də Bakı Musiqi Akademiyasının “Opera” studiyasında “Dahilər” adlı konsert proqramı keçiriləcək.
Tədbirdə görkəmli bəstəkarlar və şairlərin — Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova və Mikayıl Müşfiqin yaddaşlara həkk olunan unudulmaz əsərləri səsləndiriləcək.
Qeyd etmək istəyirəm ki, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri və Əməkdar artistlər bir-birindən gözəl əsərləri ifa edərək tamaşaçılara duyğulu və zəngin musiqi anları yaşadacaqlar.

Esmira RƏHİMOVA

Verified by MonsterInsights