Savaş bitib, amma minalar hələ də can almağa davam edir. Bu gün daha bir qəhrəman insanımız erməni minasının qurbanına çevrildi.
Bütün keçmiş döyüşçülərin “Kəşfiyyatçı Xanı” kimi tanıdığı Səyyaf Əhmədov bu gün Ağdam rayonunun Mirəşelli kəndində minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində minaya düşərək həyatını itirib.
Adam qorxubilməz, igid adam idi. Onu yaxından tanıyanlar deyir ki, Xanı müharbə, işğal dövründə dəfələrlə düşmən tərəfə keçərək mühüm kəşfiyyat məlumatları əldə etmiş və hər dəfəsində də ölümün gözünə dik baxaraq sağ-salamat geri qayıtmışdı.
Müharibə illərində sağ qalan bu savaş adamı sülh sazişinin bir addımlığında olduğumuz bir məqamda erməni xainliyinin qurbanı oldu.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi