Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsinin qurbanı oldu

ELAZ.İNFO, BAKI, 19.05.2025.

ELAZ.İNFO xəbər verir ki, daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində qəhrəmancasına həlak olub.

Rusiya Müdafiə Nazirliyi tərəfindən döyüşçünün ailəsinə göndərilən məktubda deyilir ki, o döyüş tapşırığını yerinə yetirərkən şəhadətə ucalıb.

Sözü gedən həmyerlimiz Qərbi Azərbaycandan, əslən Sisyan rayonunun Ağdü kəndindən olan, Omsk vilayətində doğulub boya-başa çatmış Quliyev Emin Səyyad oğludur.

Məlumat üçün bildirək ki, Ukrayna döyüşlərinə qatılan həmyerlimizin 2024-cü ilin oktyabr ayında itkin xəbəri gəlmişdi.

Uzun axtarışlardan sonra, 2025-ci ilin may ayının 16-da Quliyev Emin Səyyad oğlunun qızğın döyüşlərdə həlak olduğu xəbəri ailəsinə bildirilib.

Allah rəhmət eləsin!

Bahar MUSTAFAYEVA

Bizimlə oxuyun
Verified by MonsterInsights