ELAZ.İNFO xəbər verir ki, Albaniyanın Dürres limanında Azərbaycan vətəndaşı olan gənc dənizçi həlak olub.
Hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib.
2001-ci il təvəllüdlü Biləsuvar şəhər sakini, dənizçi Əvəz Cəfərov Panama bayrağı ilə üzən və buğda daşıyan “Kybele” gəmisində elektriklə işləyərkən onu cərəyan vurub. Hadisə 7 dekabr yerli vaxtla saat 17:50-də (Bakı vaxtilə 19:50) baş verib. Dərhal Dürres Regional Xəstəxanasına çatdırılan dənizçinin həyat əlamətləri olmadığı üçün həkimlərin müdaxiləsinə ehtiyac qalmayıb.
Polis əməkdaşları hadisənin tam təfərrüatlarını araşdırır. Məlumatda bildirilir ki, gənc dənizçinin ölüm səbəblərinin dəqiq müəyyən olunması üçün istintaq aparılır.
Sevinc Qasımova


