Dağdan yıxıldı, əzildi…

ELAZ.İNFO xəbər verir ki, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində bədbəxt hadisə baş verib. Belə ki, kənd sakini Məmmədov Orxan İkram oğlu dağdan yıxılaraq əzilib, nəticədə o hərəkət edə bilməyib.

Hadisə ilə bağlı kənd sakinləri kömək üçün FHN-nin yerli bölməsinə xəbər verib. FHN-nin əməkdaşları Məmmədov Orxan İkram oğlunu sadə vətəndaşların qurtara bilmədiyi ərazidən xilas ediblər. Hadisə yerinə gələn həkim briqadası Məmmədov Orxan İkram oğluna ilkin yardım göstərərək onu xəstəxanaya aparıb.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights