İntibah dövrü rəssamı Leonardo da Vinçi tərəfindən 500 il əvvəl çəkilmiş və “mükəmməl mütənasib kişi bədəni”ni təsvir etdiyinə inanılan Vitruvian Adamı incəsənət, riyaziyyat və anatomik bilikləri birləşdirən ən məşhur rəsmlərdən biri hesab olunur.
ELAZ.İNFO xəbər verir ki, Londonda yaşayan diş həkimi Dr. Rory Mac Sweeney bu rəsmin arxasındakı həndəsi kodu deşifrə etdiyini iddia edib.
Sweeney-ə görə, gizli açar da Vinçinin qeydlərində qeyd etdiyi fiqurun ayaqları arasında yerləşdirilmiş “bərabərtərəfli üçbucaq”dadır.
Dr. Sweeney bu üçbucağın ixtiyari bir forma olmadığını, lakin təbiətdə tez-tez təkrarlanan dizayn sxemini əks etdirdiyini müdafiə edib.
Həkim qeyd edib ki, üçbucaq stomatologiyada çənə funksiyasını idarə edən “Bonvil üçbucağı” kimi tanınan anatomik quruluşa uyğundur.
Rəsmdə bu üçbucağın istifadəsi kvadrat və dairə arasındakı nisbəti də ortaya qoyur: 1.64. Bu nisbət təbiətdə təkrarlanan və “səmərəli strukturların” əsasını təşkil edən xüsusi rəqəm olan 1,6333-ə son dərəcə yaxındır.
Sweeney bu nisbətin təkcə insan bədənində deyil, həm də güclü kristalların atom quruluşunda, insan kəlləsinin nisbətlərində və kürələrin sıx şəkildə bağlanmasında olduğunu ifadə edib.
Eyni nisbətin əldə edildiyini vurğulayan Sweeney, “Leonardo bədənlərimizin kainatla eyni riyazi zərifliklə qurulduğunu hiss etdi” deyib.

Yeni tapıntılara görə, Vitruvian Adamı təkcə estetik şah əsəri deyil, həm də dövrünü çox qabaqlayan elmi fərziyyə hesab olunur. Tədqiqat “Journal of Mathematics and the Arts” akademik jurnalında dərc olunub.
Məqalənin yekununda deyilir:
“Leonardo da Vinçinin fiqurun ayaqları arasındakı bərabərtərəfli üçbucağa açıq şəkildə istinad etməsi rəsmin necə qurulduğunu və onun mütənasib seçimlərinin anatomik əsasını ortaya qoyur”.
İlahə BAYINDIR