ELAZ.İNFO xəbər verir ki, Rusiya Dövlət Duması son il yarım ərzində dövlət dili haqqında qanuna üç dəfə dəyişiklik edib. Bütün bu dəyişikliklər rus dilinin statusunun artırılmasına yönəlib.
İndi dövlət dilinin inkişafı ilə bağlı yüksək səviyyəli fərman qəbul edilib. Fərmanda rus dilini təhdid edən amillərdən biri kimi “Rus dünyasının vahid mədəni və sivilizasiya birliyini” dəstəkləyən rus dilində başqa dillərdən götürülmüş sözlərin işlədilməsi göstərilir.
Xüsusilə, dövlət dili siyasəti sahəsində təhdidlər bölməsində “rəsmi ünsiyyətdə ümumi rus ekvivalentinə malik əcnəbi sözlərin əsassız olaraq istifadəsi, habelə normativ lüğətlərə daxil edilməyən əcnəbi sözlərin istifadəsi” təhdidlərdən biri kimi göstərilir. Fərmanın mətninə əsasən, hökumət rəsmi nitqlərdə başqa dillərdən alınma sözlərin istifadəsini azaltmağı planlaşdırır.
Putin dövlət dili siyasətinin prinsiplərini təsdiq edən fərman imzalayıb.

Sənəddə bildirilir ki, rus dili Rusiyanın milli sərvəti və ölkənin çoxmillətli xalqını və dünyanın digər xalqlarını rus dünyasının vahid mədəni və sivilizasiya birliyində birləşdirən mühüm mədəniyyət elementidir.
İnamcan ƏZİMOV
Daşkənd