Dəyərlərə son dərəcə həssas olmalıyıq

ELAZ.İNFO

Gözəl əxlaq prinsiplərindən biri də bağışlamaqdır. Bağışlamaq, intiqam almaqdansa, onlara zülm edəni, gücü çatsa belə, bağışlamaqdır. Quranda bu fəzilət sahibləri təriflənir: “Onlar qəzəblərini cilovlayır və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevir.” (Ali İmran, 3/134) Sevimli Peyğəmbərimiz də qəzəbi cilovlamağı əsl qəhrəmanlıq kimi qələmə verir: “İgid, güləşdə rəqibinə qalib gələn deyil. Əsl igid qəzəbləndiyi zaman qəzəbini cilovlaya biləndir”. (Buxari, Edeb, 76) Biz ancaq özümüzə edilən zülmləri bağışlaya bilərik. Bunun əksinə olaraq, dini və milli dəyərlərimizlə, birliyimizlə, sülhümüzlə bəşəriyyətə edilən zülmlərə son dərəcə həssas olmalıyıq.

Ali Kamal Maboçoğlu

Bizimlə oxuyun
Verified by MonsterInsights