ELAZ.İNFO xəbər veri ki, müğənni Dəniz Əsədova barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.
Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında Rauf İsfəndiyarovun əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Aydan


