Yanvarın 11-dən 12-nə keçən gecə İranda silahsız etirazçılar güllənib. Ölənlərin sayı o qədər şoxdir ki, ölüxanalarda yer yoxdur! Çəsədləri küçələrə qoyublar. Bu dəhşətin səbəbi nədir?! Nəyə görə İranda azadlıq istəyən, ən adi haqlarını tələb edən insanlar öldürülür?! Nəyə görə İranda bütün haqlara haqqı olan Güney Azərbaycanlılr və İranda yaşayan bütün Türklər öz haqlarını almaq istədikdə onlara qarşı bu qədər amansız hücumlar edilir?! Bütün bu haqsızlıqların əsas səbəbi bizim Türk olmağımızdır! Bizim möhtəşəm tariximizdir! Bizim dünyaya hökm edən böyük etnosdun nümayəndəsi olmağımızdır! Məlumdur ki, müasir İran, dünyada Türk dövlətlərinə qarşı böyük siyasətin tərkib hissəsi olaraq yaradılan bir rejimdir. Bu millətci fars rejimi ancaq xaricdəki böyük güclərə xidmət üçün yaradılıb. Artıq 100 ildir bu rejim İran xalqını və dövlətini oyuncaq, obyekt kimi öz maraqları üçün istifadə edir. Bu gün İranda baş verən etiraz dalğaları, molla qiyafəsində olan millətci rejimə qarşıdır. İran molla rejimi onu yaradan güclərə qarşı çıxıb, Rusiya və Çinlə müttəfiq olmağa çan atdığına görə ABŞ, İngiltərə güc mərkəzi onu cəzalandırıb yox etmək istədilər. Əgər İranda bu gecə atəş açıb gənc insanları öldürüblərsə, demək bu molla rejimin rəhbəri Əli Xomeyni bu rejimi yaradan və 100 il müdafiə edən güclə “dil tapəb.” Yəni bu gücləri əmin edib və söz verib ki, siz dediyiniz kimi siyasət aparacaq. Yəni sizə yenə də istədiyiniz xidməti edəcəm. Bununla da yenidən böyük gücdən müdafiə olunmasına əmin olandan sonra, 15-20 yaşda olan gənclərə atəş açmaq üçün əmr edib. Çox təəssüf ki, D.Tramp “etirazçılar öldürülərsə, təzyiq olarsa, İrana müdaxilə olunacaq” vədinə əməl etmir. Ona görə ki, D. Tramp da həmin beyin mərkəzindən əmrlər alır. Güclərin pərdə arxasında yalnız öz strateji maraqları üçün verdiyi qərarlar, bu gün İranda baş verən dəhşətli hadisələrin əsas səbəbidir. Allah İran rejimini də bu rejimi yaradan və 100 il müxtəlif vasitələrlə müdafiə edənlərə də MİN LƏNƏT ETSİN! Amin!
Bu hadisələr bir daha onu göstərir ki, Türk dünyası birlikdə hər gün çalışmalıdır ki, TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI (TDT) dünyada bütün güclərin qəbul edib, hesablaşdığı GÜC MRKƏZİNƏ çevrilsin! Əks halda bu gün İranda Azərbaycan və Türkmən Türklərinin haqları pozulursa, sabah başqa bir Türk dövlətinin və xalqının da haqqı pozulacaq. BÜTÜN TÜRK DÜNYASI BİRLİKDƏ, TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINI GÜCLƏNDİRMƏLİDİR! YENİ DÜNYA NİZAMINDA ÖZ HAQQIMIZI QORUMAQ ÜÇÜN GÜC MƏRKƏZİMİZİ TDT GÜCLƏNDİRMƏLİYİK!
Tahir Ələkbərov