Dəhşətli qətil. 9 ölü 10 yaralı

ELAZ.İNFO xəbər verir ki, Cənubi Afrika Respublikasında (CAR) həftəsonu dəhşətli qətliam baş verib. Yohannesburq yaxınlığındakı Bekkersdal qəsəbəsində yerləşən tavernaya (bar) edilən silahlı hücum nəticəsində qan tökülüb.Silahlı hücum nəticəsində 9 nəfər hadisə yerində həlak olub. Daha 10 nəfər isə müxtəlif dərəcəli güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.Şahidlərin verdiyi məlumata görə, bir qrup maskalı və silahlı şəxs qəfildən tavernaya daxil olaraq içəridəkilərə nizamsız atəş açıblar.Cinayətkarlar qurbanları güllələdikdən sonra onların mobil telefonlarını, pullarını və tavernadakı qiymətli əşyaları qarət edərək hadisə yerindən qaçıblar.CAR Polisi (SAPS) hadisə ilə bağlı genişmiqyaslı axtarış əməliyyatına başlayıb. İlkin versiya kimi silahlı soyğunçuluq üzərində dayanılır, lakin yerli qruplaşmalar arası hesablaşma ehtimalı da araşdırılır.

Cənubi Afrika dünyada qətl hadisələrinin ən yüksək olduğu ölkələrdən biridir. Rəsmi statistikaya görə, ölkədə hər gün orta hesabla 70-dən çox insan qətlə yetirilir. Son illərdə tavernada baş verən kütləvi atışmalar ölkənin ən ciddi təhlükəsizlik probleminə çevrilib.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights