Qonşuluğumuzda artıq qara yağışlar yağır. Fərqi nədir ki, bunu nüvə silahı ilə elə, ya da kı bu üsulla? Əgər, nəticə sonda eyni olacaqsa?! …
“Bu artıq apokalipsisdir, yoxsa hələ yox?”
Videoların birində — ABŞ-ın İranın Qum şəhərinə endirdiyi zərbə göstərilir.
Bu arada İran komandanlığı bildirib ki, cavab hücumlarının vaxtı artıq keçmişdə qalıb. İndi isə onlar zərbə ardınca zərbə endirəcəklərini bildirirlər.
Daha bir zərbə nəticəsində Port of Salalah limanında neft anbarları yanır.
İranda neft obyektlərinə endirilən zərbələrdən sonra qara yağışların müşahidə olunduğu bildirilir.
World Health Organization xəbərdarlıq edir ki, bu hal baş ağrıları, dəri və göz qıcıqlanması, nəfəsalma problemləri yarada bilər və insanlara evdə qalmağı tövsiyə edir.
Belə yağışların zəhərli olduğu və sağlamlıq üçün təhlükə yaratdığı qeyd olunur.
Nəriman Abdinov