Dəhşətli Qəza: 30-dan Çox Ölü, Onlarla Yaralı Var

ElAZ.İNFO Nigeriyanın “Daily Post” qəzetinə istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Kano ştatında qanlı yol-nəqliyyat hadisəsi baş verib. Ştatın qubernatoru Abba Yusufun rəsmi açıqlamasına görə, ağır qəza nəticəsində 30-dan çox insan hadisə yerindəcə həyatını itirib.

İlkin araşdırmalara əsasən, hadisə Kvanar-Barde kəndi yaxınlığında, Qudjunqu şəhərinə aparan magistral yolda qeydə alınıb. Məlumata görə, insanları daşıyan qoşqu sürücünün diqqətsizliyi səbəbindən idarəetmədən çıxaraq qəzaya uğrayıb.

Qəza zamanı çox sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal ətrafdakı xəstəxanalara təxliyə ediliblər. Hazırda həkimlər onların həyatı üçün mübarizə aparır, hadisə ilə bağlı genişmiqyaslı təhqiqat davam edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights