Cumhuriyyət dəyərlərimizi unutmamalı


ELAZ.İNFO

152 il öncə bu gün Azərbaycan Xalq Cumhuriyyətinin ilk baş memarı Zivər bəy Əhmədbəyov dünyaya gəlmişdir. Şərq və Avropa memarlığının sintezini tətbiq etməyi bacaran Zivər bəy 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı kimi fəaliyyət göstərmişdir. Şamaxıda Cümə məscidinin, Bakıda Təzə Pir məscidinin, Oftalmalogiya İnstitutunun, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908),eləcə də Rusiyada bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.

O,1918-ci ildə Bakının azad edilməsindən sonra şəhid olanlara Çəmbərkənddə xatirə kompleksinin salınması üçün layihə də hazırlamışdır. Sovetlər dönəmində ağır təzyiqlərlə üzləşən Zivər bəy 1925-ci ildə Bakıdakı evində intihar etmişdir. Çəmbərəkənd qəbristanında dəfn edilən Zivər bəyin məzarı 1931-ci ildə məzarlıq dağıdılıb yerində Kirovun abidəsi ucaldılarkən itmiş və sonradan tapılmamışdır. Yəni məzarı indiki Şəhidlər Xiyabanında yatan şəhidlərimizin torpağına qarışmışdır.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights