Cüdoçularımız 3 qızıl medal qazandı

ELAZ.İNFO xəbər verir ki, cüdoçularımızın Skopye-2025-də 3 qızıl medal qazanıb. Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl medal qazanaraq fəxri pilləyə qalxıblar.

Bu xəbəri ölkəmizin yeniyetmə oğlanlardan ibarət cüdo yığmasının baş məşqçisi Emin İskəndərov paylaşıb. O deyib ki, “Həqiqətən də qürurvericidir haldır. Yarışa yaxşı hazırlaşmışdıq və idmançılarımızın ümidlərimizi doğruldacağına inanırdıq. 44 ölkə arasında uğurlu nəticə göstərdik. Fransa, Gürcüstan və Xorvatiya kimi qabaqcıl cüdo ölkələrini geridə qoyduq. İdmançılarımız öz sözlərini tatamidə layiqli qələbələri ilə dedilər. Düzdür, yaxşı hazırlıq prosesi keçdiyimizə görə idmançılarımıza inanırdıq. Amma idmanda hər şey olur. Çox şükür ki, cüdoçularımız buna imkan vermədilər”.

Emin İskəndərov bildirib ki, EYOF-da cüdo tarixində bir gündə üç qızıl medalın əldə olunmasının özü də bir tarixi nəticədir. Ümid edirəm ki, cüdoçularımız növbəti günlərdə də yaxşı nəticələr qazanaraq yeni tarixi nəticəyə imza atacaqlar. 

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights