Çox sayda saxlanılan var 

Tbilisi, Acarıstan, Kvemo Kartli və İmereti Polis Departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərinə görə 16 nəfər saxlanılıb.

ELAZ İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Nazirliyin açıqlamasında qeyd olunur ki, saxlanılan şəxslər xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması, satışı, satışa cəhd, satışa yardım, narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi və həkim təyinatı olmadan istifadəsi ilə əlaqədar ittiham olunurlar. Saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var. Onlardan bəziləri əvvəllər məhkum olunmuş şəxslərdir. Polis məhkəmə qərarı əsasında narkotik vasitələrin nəzarətli alqı-satqısını təşkil edib və bu əməliyyatlara dair gizli audio-video yazılar aparılıb. Eyni zamanda, şübhəlilərin şəxsi və yaşayış sahələrinə baxış keçirilib. Bu tədbirlər nəticəsində satış üçün nəzərdə tutulmuş xüsusilə böyük miqdarda müxtəlif növ narkotik vasitələr – metamfetamin, kokain, buprenorfin, klefedron, metadon, alfa-PVP, marixuana və kannabis bitkisi – sübut kimi götürülüb. Bundan əlavə, narkotik maddələrin qablaşdırılması və becərilməsi üçün istifadə olunan materiallar, eləcə də qanunsuz əldə olunmuş pul vəsaitləri də maddi sübut kimi ələ keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı, 260¹-ci, 19-260¹-ci, 260²-ci, 261-ci, 265¹-ci və 273-cü maddələri üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə oxuyun
Verified by MonsterInsights