Varlı bir ailənin üç kürəkəni olur. Qaynana onların etibarını sınamaq istəyir. İlk gün böyük qızının evində qonaq qalır. Gecə saat 3-də durur, özünü hovuza atıb “kömək edin” deyə qışqırır. Kürəkən səsi eşidir. Durub xilas edir. Səhəri gün görür həyətdə “BMW” dayanıb. Üstündə də zapiska: “QAYNANAndan hədiyyə”.
Arvad səhəri gün ikinci kürəkəni də bu yolla sınayır. Və ona da “BMW” bağışlayır.
Üçüncü gün də kayfulla kürəkənini sınamaq istəyir. Özünü hovuza atır, çığırır. Kürəkənsə “əh” deyib yatır, arvad da batır. Səhəri gün görür həyətdə bir “Bentley” dayanıb. Üstündə də yazı: “QAYNATANdan hədiyyə. Çox sağ ol, bala, sağ-salamat sür!”
Yazdı:
Famil CƏFƏRLİ
