-Çiyələyi iyun ayında alın -Belə deyirlər

ELAZ.İNFO, BAKI, 21.05.2025.

ELAZ.İNFO xəbər verir ki,  diyetoloqlar yüksək keyfiyyətli və dadlı çiyələkləri necə seçmək lazım olduğunu izah edərək, bildirirlər ki, əsl çiyələklərin parlaq ətri olmalıdır.

Yüksək keyfiyyətli və əsl çiyələk efir yağlarının qoxusuna uyğun olur,

Həmçinin qeyd olunur ki, bu giləmeyvənin iyi, qoxusu “bir mil uzaqdan iyi gəlməlidir”. Hətta bir çoxlarının fikrincə, çiyələyi ancaq iyun ayında almaq lazımdır.
Çiyələklərin şirin, ölcüsü böyük, dadlı olması üçün çiçək açdıqda, xüsusilə kalium və fosfor elementləri ilə qidalanması çox vacibdir. Çünki düzgün qulluq olmasa meyvələr kiçik, turş və ya susuz ola bilər.
Çiyələk üçün maya ilə qidalanma bağbanlar arasında ən mübahisəli məsələlərdən biridir. Adətən, kökləri yandırmamaq üçün, suvarmadan sonra gübrə vermək lazımdır. Onda cəmi bir həftə ərzində giləmeyvələrin, daha şirin və ətirli olduğunu görəcəksiniz. Bütün bunlara əməl etsəniz, çiyələkləriniz bağçanızda ən dadlı giləmeyvə olacaqdır.

Yazdı:

Esmira RƏHİMOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights