Çiplər Çinə ixrac ediləcək

ELAZ.İNFO xəbər verir ki, Donald Tramp Nvidia-nın “H200” çiplərinin Çində və digər ölkələrdə təsdiqlənmiş müştərilərə satılmasına icazə veriləcəyini açıqlayıb.

Tramp bu xəbəri sosial mediada paylaşıb.

ABŞ prezidenti Tramp Çin prezidenti Si Cinpinə ABŞ-ın Nvidia-nın “H200” çiplərini Çində və digər ölkələrdə təsdiqlənmiş müştərilərə milli təhlükəsizliyin güclü şəkildə qorunmasını təmin edən şərtlərlə göndərməsinə icazə verəcəyi barədə məlumat verdiyi bildirildi.

Çin prezidenti Si-nin müsbət cavab verdiyini qeyd edən Tramp ABŞ-ın 25% pay alacağını qeyd edib.

Tramp bu siyasətin Amerika iş yerlərini dəstəkləyəcəyini, ABŞ istehsal sektorunu gücləndirəcəyini və Amerika vergi ödəyicilərinə fayda verəcəyini bildirib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights