Cinayətkarların avtomobilində İŞİD bayraqları tapılıb

ELAZ.İNFO xəbər verir ki, Sidneyin Bondi çimərliyində 16 nəfərin ölümünə səbəb olan hücumda cinayətkarların avtomobilində İŞİD bayraqları tapılıb. Qırğından sağ çıxanlar hücum anını danışıblar.
Avstraliyanın son 30 ildə üzləşdiyi ən ölümcül hücumun nəticələri dünyada davam etdikcə, qırğının təfərrüatları daha da aydınlaşır.
Dünən Sidneyin Bondi çimərliyində müqəddəs yəhudi bayramı olan Hanukkah bayramını hədəf alan silahlı hücumda 16 nəfər həyatını itirib. Qırx nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

Atışmanın iki hücumçu, ata və oğul tərəfindən törədildiyi və 50 yaşlı atanın öldürüldüyü bildirilib.

Avstraliya mediası atanı Sajid Əkrəm, oğlunu isə Navid Əkrəm kimi müəyyən edib. Hücumçuların İŞİD terror təşkilatının üzvləri olduğu güman edilir.

Cənubi Uels Polis Rəisi Mal Lanyon jurnalistlərə bildirib ki, hazırda silahlı şəxslər haqqında çox az məlumat var. Lakin Avstraliyanın milli yayımçısı ABC News hücumçuların avtomobilində iki İŞİD bayrağının tapıldığını bildirib.

Atanın dünənki hücumda istifadə etdiyi altı lisenziyalı odlu silaha sahib olduğu bildirilir.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights