Çin İrana yeni nəsil döyüş təyyarələri verir

ELAZ.İNFO Ynet-ə istinadən xəbər verir ki, artıq iyulun 7-də Netanyahunun Tramp ilə görüşəcəyi ilə bağlı xəbərlər təsdiqlənib. Dünən isə ABŞ İsrailə 510 milyon dollar dəyərində silah və sursat satışını təsdiqləyib.

Tramp və Netanyahu arasında görüşün əsas mövzusunun İran olduğu bildirilir. Həm də güman olunur ki, bu görüşdə İranla bağlı ABŞ və İsrailin gələcək addımları razılaşdırılacaq.

İranda da ciddi hərəkətlənmə var. Atəşkəsdən dərhal sonra İranın müdafiə naziri Əziz Nəsirzadə Çinə səfər edib və burada Çin müdafiə naziri ilə görüşlər keçirib. Mediada gedən xəbərlərə görə, görüşlərdə Çinin İrana yeni nəsil döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri satışı müzakirə olunub.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights