ELAZ.İNFO xəbər verir ki, Çinin Çuntsin şəhərində işıq şouları sahəsində yeni Ginnes rekorduna nail olunub – havaya eyni zamanda 11.787 dron qaldırılıb. (!)
Bu sıradan şou-xəbər kimi görünə bilər. Lakin əslində hadisə strateji əhəmiyyətlidir. Artıq hamı bilir ki, müasir müharibədə qabaqcıl dron texnologiyalarına malik olmaq böyük, bəzən həlledici üstünlükdür.
Yüzlərlə dron hücumuna qarşı hələlik heç bir müdafiə sistemi yoxdur. Eyni zamanda minlərlə dronla hücum olsa, indiki texnologiya ilə Allaha ümid etməkdən başqa çarə qalmayacaq.
İndi təsəvvür edin ki, minlərlə dron həm də süni intellektlə bir arı ailəsi kimi hərəkət edir – bir-birinə məlumat ötürür, bir-birini sığortalayır və müdafiə edir, hansı hədəf(lər)i seçməyi özləri müəyyənləşdirir və hədəfə neçə dronun və haradan göndərilməsini vəziyyətə uyğun müəyyən edir.
Əslində, Çinin dron şouları yaxın gələcəyin (bəlkə də elə sabahın) belə döyüşlərinin məşqləridir.
Asif ŞƏFƏQQƏTOV