Çin bu müharibəyə tam ciddiyyətlə hazırlaşır

Hazırda dünyada iki hegemon qüvvənin -ABŞ və Çinin hələ ki, soyuq müharibəsi davam etməkdədir. Hələlik, ritorika, hədə-qorxu mübarizəsi hökmranlıq edir.

Mövzu ilə bağlı ELAZ.İNFO Asif Şəfəqqətova müraciət edib. Asif Şəfəqqətov bizim qarşımıza belə bir rəsm qoyur və izah edir:

-“İnfoqrafikdə ABŞ (göy), Aİ (mavi) və Çinin (qırmızı) qlobal ticarətdə (QT) dominant olduğu ölkələr göstərilib.

İlk baxışdan nə görürük? 24 il ərzində dünyanın mavi rəngi qırmızı ilə əvəzlənib. Aİ QT-də dominantlığını çox sürətlə itirir. Üstəlik ABŞ da Aİ-yə qarşı tarif müharibəsinə başlayıb. Bu labüd olaraq Aİ ölkələrinin tənəzzülü ilə nəticələnəcək. Tarixən imperialist müharibələri dünya bazarlarını ələ keçirmək üçün aparılıb – Çin onları hələ ki, müharibəsiz qazanıb.

Diqqətlə baxanda isə görürük ki, ABŞ-ın artıq QT-də dominantlıq etdiyi Afrika ölkəsi qalmayıb. Çin indi ABŞ-ı yavaş-yavaş C.Amerikadan sıxışdırılıb çıxardır. Növbədə Ş.Amerikadır (Meksika və Kanada)”.

A.Şəfəqqətov vurğulayır ki, “ABŞ silah gücü ilə əldə etdiyi bazarları sülh yolu ilə əldən vermək istəmir. Buna görə də Çinə qarşı müharibə ritorikası ilə danışır. Çin də bu müharibəyə tam ciddiyyətlə hazırlaşır.

Aİ də qan tökməklə əldə etdiyi bazarları Çinə uduzmaq istəmir, amma onun Çinə qarşı qoya biləcəyi hərbi gücü yoxdur. Avropa dünyanın əyalətinə çevrilmək taleyi ilə barışmağa məcburdur”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights