ELAZ.İNFO xəbər verir ki,“Çin Azərbaycanın həcminə görə 4-cü ticarət tərəfdaşıdır”.Bu fikirlərlə brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey çıxışında bildirib.O qeyd edib ki, hər iki ölkənin aktiv əməkdaşlığı daha da genişlənir və zaman keçdikcə bu münasibətlər yüksək xətlə inkişaf edir.
Səfir qeyd edib ki,”Azərbaycan tərəfinin iki ölkənin əməkdaşlığına dair açıqladığı statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 1,4 milyard dollar həcmində olub. Bu isə 37 faiz artım deməkdir. Bu mənada Çin ölkənizin 4-cü ticarət tərəfdaşıdır. İxraca görə isə bu mövqe 2-ci yerdə qərarlaşıb. Hazırda tərəflər yüksək səviyyəli əməkdaşlığın daha da dərinləşməsi yollarını müzakirə edir. Bu əsasən yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur və digər sahələri özündə ehtiva edir”.
Aydan ŞƏRBƏTOVA