ELAZ.İNFO xəbər verir ki, Prezidentin Çinə səfəri Azərbaycanla çoxtərəfli əməkdaşlığa güclü təkan verib, həmçinin strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirib.
Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycan Prezidentinin Çinə səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iki dövlət başçısının rəhbərliyi Çin-Azərbaycan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlığının inkişafı ilə daha da möhkəmlənib: “Prezident İlham Əliyev Çinə 8 dəfə səfər edib və ÇXR Sədri Si Cinpinlə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri yaxşı işgüzar əlaqələr qurublar və dərin şəxsi dostluqlarını gücləndiriblər. Sədr Si Cinpin Prezident İlham Əliyevi köhnə dostu adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri daim yeni səviyyəyə qalxır və artıq tarixdə ən yüksək səviyyəyə çatıb”.
N.B