Çin  Avropaya başqa yolla da gedə bilir

ELAZ.İNFO xəbər verir ki, Çin  Rusiyanın şimalı ilə Avropaya yük göndərməyə hazırlaşır.

 “Politico” məlumatında bildirib ki, Çin 20 sentyabrda “İstanbul Körpüsü” adlı konteyner gəmisini dünyanın ən böyük limanı olan “Ninbo-Joushan” limanından Böyük Britaniyada yerləşən “Felixstowe” limanına 18 günlük səfərə yola salacaq. Bu səfəri buzqıran gəmilər də müşayiət edəcək. Məqsəd isə Asiya və Avropanın bir neçə limanını birləşdirən Şimal Dəniz Marşrutu üzrə müntəzəm daşımalar təşkil etməkdir.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights