Çin anqlosakslardan “Opium müharibələri”nin qisasını alır?

ELAZ.İNFO xəbər verir ki, fentanil – ABŞ-da geniş yayılmış ən təhlükəli maddədir. Bu sintetik opioid heroindən 50 dəfə, morfindən 100 dəfə güclü təsirə malikdir. Fentanilin 2 milliqramı (bir neçə duz giləsinin ekvivalenti) insanın, xüsusən də, əvvəllər fentanil və ya digər opioidlər qəbul etməmiş gənclərin ölümünə səbəb ola bilər.

Ölümlərin çoxu məhz dozirovkanın düzgün seçilməməsindən baş verir. Bu 2 səbəbdən olur:

1. dozirovkanı istifadəçi özü düzgün seçmir;

2. dozirovkanı istehsalçı düzgün müəyyən etmir.

1-ci hal aydındır deyə 2-ci halı izah edək. Fentanil ağrıkəsici kimi tibbi məqsədlər üçün istehsal olunan maddədir. Lakin narkobaronlar onun qanunsuz istehsalını da təşkil ediblər. Fentanilin istehsalı çox sadədir, onun istehsalı üçün böyük zavodlar, laboratoriyalar tələb olunmur. Cinayətkarlar onu həblər və ya ampula şəklində gizli sexlərdə istehsal edib, əhaliyə satırlar. Belə sexlərdə həbin və ya ampluanın dozirovkasına ciddi nəzarət yoxdur – bu səbəbdən həbin özündə də pozula bilər. Bundan başqa, narkoticarətlə məşğul olanlar fentanili gənclərin xoşladığı müxtəlif içki və ya yeməklərin də tərkibinə qatırlar ki, ona alışma yaratsınlar və müştərilərini artırsınlar.

Fentanil ucuz narkotik olduğundan o ABŞ-da sürətlə yayılmağa başlayıb. 2013-cü ildə ABŞ-da hər 100 min adamdan 1,0-ı fentanildən ölürdüsə, 2019-cu ildə bu göstərici 11,4 oldu, yəni 6 ilə ölüm halları 1040% artdı. Hazırda ABŞ-da fentanildən ildə 100 mindən artıq adam ölür.

Fentanil fəlakətinə görə ABŞ Çini günahlandırır. Həqiqətənmi Çin anqlosakslardan 2 əsr əvvəlki “Opium müharibələri”nin qisasını alır?

Davamı var…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights