ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Avropa liderlərinə “Rusiyadan neft almayın” deyə xəbərdarlıq edib.
Tramp bu xəbərdarlığı etməklə birbaşa olaraq Rusiya iqtisadiyyatını çökdürmək üçün hər vasitəyə əl atılacağını bəyan edir. Görünən odur ki, ABŞ Ukrayna ilə Rusiya arasında müharibənin bitməsində maraqlı tərəfdir. Müharibənin bitməsində hər cür vasitələrə əl atan ABŞ öz diktəsində israrlıdır. Birbaşa və dolayısı yolla savaşın bitməsini məsələ olaraq ortaya qoyan Donald Tramp həm okeanın o tayından, həm də bu tayından -Avropadan Rusiyaya qarşı təzyiqlərin artırılmasını tələb şəklində ortaya atır. Bu tələbin yerinə yetirilməsində isə Avropa İttifaqına daxil olan ölkələrin özlərinin maraq və məqsədləri var.
Rusiya isə Ukrayna ilə savaşı öz maraqları çərçivəsində həll etməyə çalışır. Maraqları yolunda açıq və gizli təzyiqlərlə üzləşən Putin adminstrasiyasıgeri çəkilmək fikrində deyil.
Tramp adminstrasiyası həmçinin Rusiyanın müharibə iqtisadiyyatını maliyyələşdirən Çinə təzyiq göstərilməsini də Avropanın önündə tələb formasında qoyur. Dünyanın iqtisadiyyatına birbaşa olaraq nüfuz edən və onu öz təsirinə alan Çinə qarşı belə bir addım atmaq ABŞ və Avropanın iqtisadiyyatına gələcək durumu iqtisadçıların müzakirəsindədir. Qəti addımın atılacağı isə şübhə altındadır.
İlahə BAYINDIR