Çiləbörd, Çarabkert yoxsa…?!

Bu gün ermənilərin qondarma “Craberd” adı ilə təqdim etdiyi Çiləbörd və Çarabkert adları ilə də tanıdılan qalanın adı əslində necə olub?!

Əvvəla qeyd edim ki, bu adların hər üçü erməni dilinə sonradan daxil olmuş “-berd” və “-kert” sonluqları olan leksemlərlə düzəldilmişdir. Hər iki adın sonunda “-berd” və “-kert” coğrafi terminlər kimi müvafiq olaraq akkadca “-birtu” (“qala”), iskitcə oxunuşu “qanda”, yazılışı “qada” (kənd) sözlərindən qaynaqlanır.

Qeyd edim ki, İskit dilindən Mada dilinə və qədim fars (Əhəməni) dilinə, qədim farsdan da erməni dilinə keçən kənd sözü “kert” kimi təhrif edilib. Bu sözlərin heç biri erməni sözü olmasa da, müasir dövrdə erməni toponimləri kimi təqdim edilir.

Ramin ƏLİZADƏ,

AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi

Bizimlə oxuyun
Verified by MonsterInsights