ELAZ.İNFO xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Genişləndirilmiş İl Sədrləri Toplantısında açıqlamalar verib.
AK Partiyanın Genişləndirilmiş İl Sədrləri Toplantısında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, dünən Məclisdə keçirilən andiçmə mərasimində baş verən qarşıdurma ilə bağlı qiymətləndirmə aparıb.
Ərdoğan bildirib: “CHP-nin faşist və təkəbbürlü düşüncə tərzinə bir daha şahid olduq. Onlar hər cür quldurluq və zorakılıq nümayiş etdirdilər. Əgər qarşısını ala bilmirsinizsə, dayandıra bilməyəcəksiniz. Bu gedişi dayandırmağa sənin gücün yetməz, Özgür.”
Rəcəb Tayyib Ərdoğan bildirib: siyasətin mərkəzi Cumhur İttifaqıdır. Türkiyənin ən böyük şansı AK Partiya və Cumhur İttifaqıdır – çalışqan və dürüst kadrların iş başında olmasıdır. Biz bir çox böhranı uğurla idarə etdik, ən çətin sınaqlardan alnımızın ağı ilə çıxdıq. Ölkəmizi böhranların həllində açar ölkə mövqeyinə gətirdik. Son illərdə Türkiyə küləyi əsir. Regional böhranların həlli axtarışında Türkiyənin qapısı daha tez-tez döyülür. Türkiyənin nə deyəcəyi, necə mövqe tutacağı diqqətlə izlənilir. Türkiyə gündəm müəyyən edən bir ölkə kimi adından daha çox söz etdirir. Şanlı tariximizə yaraşan şəkildə beynəlxalq arenada güclü mövcudluq nümayiş etdiririk.”
Natəvan Bəydili