Ceyhun Bayramov Kallasla Azərbaycan-Aİ əlaqələrinin vəziyyətini müzakirə edib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov  Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

 Ceyhun Bayramov “X” hesabında bildirib.

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutan bu görüşdə müzakirələr zamanı tərəflər Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb və onun gələcək inkişaf imkanlarını nəzərdən keçirilib.

Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights