Site icon

Cənnətdə atlar varmı?

ELAZ.İNFO

Rəsulullah (sallallahu aleyhi və səlləm) səhabələrinə behiştin gözəlliklərini vəsf edir, onlar da diqqətlə dinləyirdilər. Bu zaman bir kişi soruşdu: “Ey Allahın Rəsulu! Mən atları sevirəm. Cənnətdə atlar varmı?” Sevgili elçi: “Əgər behiştə girsən, sənə iki qanadı qırmızı yaqutdan olan bir at gətirilər, sən o ata minib istədiyin yerə uçarsan” dedi. Digəri soruşdu: “Ya Rəsulallah, Cənnətdə dəvələr varmı?” Allah Rəsulu, bəlkə də, onların hər birinin ağlında olanı soruşmaq istədiyini anlayaraq, hamıya cavab olan sözlərlə belə cavab verdi: “Əgər Allah səni Cənnətə daxil etsə, qəlbinin istədiyi və gözünün xoşuna gələn hər şey sənin olacaq”. (Tirmizi, Sifatul-Cənnə, 11). Çünki Allah-təala buyurmuşdur: “Mən Cənnətdə saleh bəndələrim üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın təsəvvür edə bilmədiyi nemətlər hazırlamışam”. (Buxari, Bed’ul-halk, 8)

Ali Kamal Maboçoölu

Bizi izləyin və paylaşın
Exit mobile version