Çayın yatağı kiçilib, adalar əmələ gəlib

ELAZ.İNFO xəbər verir ki, son günlər havaların quraq keçməsi kür çayınada ciddi təsir göstərib. Çayın yatağı kiçilib, çayda adalar əmələ gəlib.

Kür çayının aşağı düşməsi fermerlərə də təsirsiz ötüşməyib. Yerli fermerlər bildiriblər ki, nəinki əkin sahələrini, hətta mal-qaranı suvarmaqda çətinlik çəkirlər.

Məlumat üçün bildirək ki, son iki ayda Kür çayının salyan rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 4 meyirdən çox aşağı düşüb.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights