ELAZ.İNFO, BAKI, 20.05.2025.
ELAZ.İNFO xəbər verir ki, bu gün Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacarın doğum günüdür.
Məlumat üçün bildirək ki, Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Gəncədə XVI əsrdən hökmranlıq etmiş, ilk doqquz Qızılbaş tayfalarından biri olan və Qacarların bir qolu sayılan Ziyadoğlular nəslindəndir.
Cavad xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuş Şahverdi xanın oğludur.
Əli İBRAHİMOV